Buxarestdə azərbaycanlı
uşaqların rəsm sərgisi
Rumıniyanın paytaxtı Buxarestdə “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi tərəfindən azərbaycanlı uşaqların rəsm sərgisinin açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyi ilə Rumıniya Milli Kitabxanasında baş tutub.
Açılışda Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, layihənin koordinatoru, Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Sərgidə
azərbaycanlı məcburi köçkün
uşaqların, T.İsmayılov və Nizami
adına uşaq-gənclər yaradıcılıq mərkəzlərinin,
Respublika İncəsənət
yaradıcılıq mərkəzinin və Bakı şəhəri
gənc turistlər və diyarşünaslıq mərkəzinin
şagirdlərinin çəkdiyi rəsmlər nümayiş etdirilib.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 3.